"Gürcüstan da Türk birliyinə qoşulsa... " Dünya

"Gürcüstan da Türk birliyinə qoşulsa... "

İranın nüvə silahı istehsalı təhlükəsinin yaxınlaşması reallığı ABŞ və Avropanın digər super dövlətlərinin də Tehrana qarşı Azərbaycanı dəstəkləyəcəyi realdır. Baş verəcək bu proseslər Rusiyanın, Çinin və Hindistanın planlarına tam uyğun olmasa da, başqa çıxış yollari qalmir.

Bunu "Xalq Cəbhəsi"nə Gürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyev bildirib.

Onun sözlərinə görə, bu formatla Ermənistan "Böyük Ermənistan" qurmaq xəyalından əlvida deməklə yanaşı Ermənistanın Azərbaycanla Türkiyə arasında əriyərək bir dövlət kimi yox olma təhlükəsindən müvəqqəti sığortalayır: "Gürcüstan seçkilərdən sonra 3+3 formata getməyə məcbur ediləcək və başqa yol da qalmayacaq. Gürcüstanın bir dövlət kimi məhv olmamasının qaranti indiki durumda yalnız Türkiyə dövləti ola bilər. Türkiyə dövlət olaraq Gürcüstanın Avropaya fokuslanması kursunu dəstəkləmir və hər vasitə ilə çalışacaq ki, ABŞ və digər Avropa dövlətləri regiona və xüsusən də Gürcüstana daxil ola bilməsinlər: "Azərbaycanın, Türkiyənin mövcud Gürcüstan hakimiyyətini dəstəkləməsinin əsas səbəblərindən biri Garibasvilini hakimiyyətdə saxlamağa köməklik göstərməklə 3+3 formatının reallaşdirmasına nail olmaqdır. Gurcustanda hakimiyyət dəyişikliyi baş verərsə, Avropapərəst qüvvələrin təkrar hakimiyyətə qayıtmaq təhlükəsi yaranarsa Gürcüstan uzun müddət separatçı Abxaziya və Osetiya cəbhələrində lokal müharibələrə cəlb edilməklə çökdürülə bilər. Kimsə düşünməsin ki, Rusiya kimi super dövlət onun sərhədlərində NATO qoşunlarının və raketlərinin yerləşdirilməsinə imkan versin. O haldakı nə vaxt rus tankları Tiflisdən cəmi 38 km məsafədə yerləşirlər. Ona görə də Macarıstan, Ukrayna və s. dövlətlər kimi Gürcüstan da Türk birliyinə qoşulsa bu formatda iştiraki ilə yanaşı həm də Türk dövlətlərinin gələcəkdə ciddi dəstəyini ala bilər.
Düşünürəm ki, qardaş gürcü xalqı öz seçimini düzgün edəcək Türk birliyinə daxil olmaq strategiyasını secəcək ki, Gürcüstan dövlətçiliyimizi bu ağır durumda xilas edə bilək".

Cavid