«ABŞ Rusiya ilə hipotetik toqquşmada böyük itkilərlə üzləşə bilər» Dünya

«ABŞ Rusiya ilə hipotetik toqquşmada böyük itkilərlə üzləşə bilər»

Ukraynaya görə ABŞ Rusiya ilə hipotetik toqquşmada böyük itkilərlə üzləşə bilər. Fox News xəbər verir ki, bu xəbərdarlığı ABŞ hərbi kəşfiyyatının təqaüddə olan zabiti Rebekka Koffler verib.
O, istisna etməyib ki, Rusiya “özünümüdafiə” məqsədilə ABŞ ərazisinə dağıdıcı kosmos və kiberhücumlar vurmaqla qabaqlayıcı reaksiyaya əl atacaq. Moskva peyk əleyhinə raketlərin son sınaqları ilə Amerika peyklərini vurmaq qabiliyyətini nümayiş etdirdi.
İlk zərbə vurulan kimi dünyada nüvə müharibəsi başlaya bilər və Amerikanın enerji infrastrukturu təhlükə altında olacaq,- Koffler xəbərdarlıq edib.
Analitik onu da xatırladıb ki, heç kim Rusiyanı öz ərazisində məğlub edə bilməyib. "1709-cu ildə I Pyotrun komandanlığı altında rus qoşunları tərəfindən məğlub edilən Napoleon, Hitler və isveçlilərdən soruşmaq kifayətdir", - məqalə müəllifi qeyd edib.
"Beləliklə, Ukrayna ABŞ-ın həyati təhlükəsizlik maraqları sırasındadır? ABŞ-ın təhlükəsizliyi, ərazi bütövlüyü və uzunmüddətli yaşaması müəyyən mənada Ukraynadan asılıdırmı? Hər iki halda cavab birmənalı olaraq "yox"dur", - Koffler yekunlaşdırıb.

Сavid