ABŞ Konqresinin Senatı dövlət borcunun həddinin 31,4 trilyon dollara qədər artırılmasını təsdiqləyib Dünya

ABŞ Konqresinin Senatı dövlət borcunun həddinin 31,4 trilyon dollara qədər artırılmasını təsdiqləyib

ABŞ Konqresinin Senatı bu gün ölkənin dövlət borcunun həddinin 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmasını dəstəkləyib.

İclasın canlı yayımını "C-SPAN" telekanalı yayımlayıb.

Gözlənilir ki, ABŞ Konqresinin aşağı palatası da tezliklə bu təşəbbüsü dəstəkləyəcək. Bundan sonra sənədi ölkə prezidenti Cozef Bayden imzalamalıdır.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen qanunvericiləri dövlət borcunun həddinin artırılması haqqında qanun layihəsini qəbul etməyə çağırıb, əks halda dekabrın 15-dən sonra federal hökumətin işini maliyyələşdirmək üçün lazım olan vəsaitdə çatışmazlıq yarana bilər.