

16 İyul 23:25
Yunanıstanın paytaxtı Afina'da, iqlim dəyişiklikləri səbəbindən yağıntıların miqdarının azalması və hava temperaturunun artması şəhəri təmin edən su mənbələrinin azalmasına səbəb olub.
Xalqcebhesi.az xəbər verir ki, Afina Milli Rəsədxanası tərəfindən hazırlanan hesabatda, Afina daxil olmaqla Attiki bölgəsinin su ehtiyacını qarşılayan göllər və anbarlardakı su səviyyəsinin son illərdə azaldığı qeyd edilib.
Attiki bölgəsinin su ehtiyacını təmin edən Mornos Gölünün su səviyyəsi 2008-ci ildən sonra son 20 ilin ən aşağı ikinci səviyyəsinə enib.
2022-ci ildə göl tamamilə su ilə dolmuşdu, lakin bu il göldə suyun əhatə etdiyi sahə 60-65% arasında azalıb.
Attiki bölgəsinin su ehtiyacını qarşılayan digər göllərdə də oxşar azalmalar baş verib.
Hesabatda, iqlim dəyişiklikləri səbəbindən yağıntı miqdarlarının azalması və hava temperaturunun artması su mənbələrinin azalmasının əsas səbəbi kimi göstərilib.
Məryəm Quliyeva