“Vaşinqton və Brüssel Litvanı Çindən qoruyur” Dünya

“Vaşinqton və Brüssel Litvanı Çindən qoruyur”

“Yanvarın 5-də ABŞ və Almaniya Çinin Litvanı hədəf götürməsindən narahat olduqlarını bildiriblər. ABŞ dövlət katibi Antoni Blinken mətbuata açıqlamasında Pekinin Avropa və Amerika şirkətlərini Vilnüslə işini dayandırmağa məcbur etməyə çalışdığını deyib və əlavə edib ki, Pekin “ortaq dəyərlərimizə ciddi problem yaradır”. ABŞ və Almaniya Çinin siyasətinə qarşı transatlantik koordinasiyanın vacibliyi barədə razılığa gəliblər”. Bunu xalqcəbhəsi.az-a açıqlamasındas “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Eskpert diqqətə çatdırıb ki, “Çin hökumətinin üç milyondan az əhalisi olan Litvanı incitmək cəhdlərindən narahatıq” deyən Blinken Çinin Avropa və Amerika şirkətlərini Litvada istehsal olunan komponentlərlə məhsul istehsal etməyi dayandırmağa, əks halda bu şirkətlərin Çin bazarına çıxışı itirmək riski ilə üzləşəcəyi xəbərdarlığını aldıqlarını bildirib: “Bunun səbəbi Litvanın Tayvanla əməkdaşlığı genişləndirməyi seçməsidir.
Entoni Blinken Vaşinqtonun Çinin təhdidinə qarşı başda Almaniya olmaqla müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcəyi fikrini təkrarlayıb. Blinken Almaniya ilə iqtisadi dayanıqlığı gücləndirməyə, təchizat zəncirlərini şaxələndirməyə və iqtisadi şantajın bütün formalarına qarşı birgə müqavimət göstərməyi vəd edib.
NATO və Avropa İttifaqının qurumları da Litva ilə həmrəydirlər. Vaşinqton və Brüssel Pekinə mesaj göndərirlər ki, Çin hakimiyyəti hər hansı dövləti təkləyib ona təzyiqi artıra bilməyəcək. Çin Tayvanı parçalanmış əyaləti saydığından ada dövləti ilə hər hansı əlaqəni özü üçün təhdid sayır. Çünki, Pekinin yaxın illər üçün əsas siyasəti Tayvanı Çinə birləşdirməkdir”.

Əli