Ərdoğan: "Bu, Türkiyəyə qarşı alçaq təxribatdır"
7 Aprel 17:25
7 Aprel 17:25
7 Aprel 17:20
7 Aprel 16:53
13 Yanvar 2022 08:24
1 883
Venesuela, İran, Sudan və bir sıra digər ölkələrin nümayəndə heyətləri borclarına görə BMT Baş Assambleyasında səsvermə hüquqlarını müvəqqəti itiriblər.
Bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin Baş Assambleyanın 76-cı sessiyasının sədri Abdulla Şahidə göndərdiyi məktubda deyilir.
Məktubda həmçinin Antiqua və Barbuda, Vanuatu, Qvineya, Komor adaları, Konqo, Papua - Yeni Qvineya, San-Tome və Prinsipi, Somalinin adları qeyd edilib.
Bununla belə, Baş Assambleya ödənişin gecikdirilməsinin üzv-ölkədən asılı olmayan hallara görə baş verdiyini qəbul edərsə, səsverməyə icazə verə bilər. Beləliklə, Komor adaları, San-Tome və Prinsipi, həmçinin Somaliyə 76-cı sessiyanın səsverməsində iştirak etmək hüququ verilib.
Səsvermə hüquqlarını bərpa etmək üçün Venesuela 39,8 milyon dollar, İran 18,4 milyon dollar, Sudan 299 min dollar, Vanuatu isə 194 dollar ödəməlidir.
7 Aprel 21:00
882
7 Aprel 20:17
847
7 Aprel 20:16
924