Rusiya Tbilisi-Moskva reysini son anda ləğv etdi Dünya

Rusiya Tbilisi-Moskva reysini son anda ləğv etdi

"Tbilisi-Moskva reysi ləğv olunub, Rusiya son anda Moskvaya uçuşdan imtina etdi".

Bu barədə Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvili yerli mətbuata müsahibəsində bildirib.

O bildirib ki, reysin ləğv olunmasına səbəb “media ajiotajı” və onların şirkəti tərəfindən pozulan prosedurlardır.

"Ajiotaj elə qızışıb ki, ciddi problemlər yaradıb. Jurnalistlərin fəallığı ilə bağlı ajiotaj başladı bu reys ləğv edildi. Artıq bizə uçuşa icazə verilməyib. Prosedurlara əməl olunmayıb, ona görə də Tbilisi-Moskva reysi baş tutmayacaq",-deyib T.Qayaşvili.

Cavid