

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İran nümayəndə heyəti sanksiyaların ləğvi sahəsində Vaşinqtondan siyasi qərarlar gözləyir.
Bunu bazar ertəsi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
O,keçirdiyi mətbuat konfransında bildirib ki, İran öz ideyaları (sanksiyaların ləğvi ilə bağlı - red.) ilə bağlı Qərbdən cavab gözləyir.
"Əgər nümayəndə heyətləri Vyanaya qayıtdıqdan sonra İranın təbii hüquq və tələblərinə cavab versələr, o zaman sabit və etibarlı razılığa gələ bilərik", - deyə Xətibzadə vurğulayıb.
Onun sözlərinə görə, əsas addımlar yoxlama və zəmanətlərin təqdim edilməsi sahəsində atılmalıdır.
Xatırladaq ki, yanvarın 3-də Vyanada, yeni il fasiləsindən sonra İranın nüvə sazişinin ilkin formada bərpası və Birləşmiş Ştatların bu çoxtərəfli sazişə qaytarılması məqsədi ilə danışıqların səkkizinci raundu bərpa olunub. Fəaliyyət həm İran və Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransanın Birgə Komissiyası çərçivəsində, həm də Tehranın iştirakı olmadan ABŞ-la ayrıca məsləhətləşmələr formatında aparılır.
Hazırda danışıqlar dayandırılıb, nümayəndə heyətləri məsləhətləşmələr üçün ölkələrinə gediblər və gələn həftə Vyanaya qayıdacaqlar.