Kipr sahillərində güclü zəlzələ olub Dünya

Kipr sahillərində güclü zəlzələ olub

Kipr sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Limassol şəhərindən 114 kilometr qərbdə, ocağı isə 65 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Türkiyə KİV-lərinin məlumatına əsasən, yeraltı təkanlar Antalya, Muğla, Adana, Mersin və Hatay şəhərlərində də hiss edilib.