Erməni müxalifətçi Azərbaycana sığındı Hadisə

Erməni müxalifətçi Azərbaycana sığındı

Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib

Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.
Vaan Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı" təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.
O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.
Xatırladaq ki, avqustun 15-də, axşam saatlarında Ermənistanın hakim partiyasının deputatı Mqer Sedrakyanın yaxınları və mühafizəçiləri Vaan Martirosyanı və xanımını döyüblər.
Erməni mətbuatı bununla bağlı cinayət işinin başlanıldığını yazsa da, Vaan Martirosyanın Azərbaycandan sığınacaq istəməsi müxalifətçiyə qarşı təhdidlərin davam etməsindən xəbər verir.