Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşları qəbul edəcək Hadisə

Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Kürdəmir şəhərində vətəndaşların qəbulu keçirəcək.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.