ABŞ Cənubi Qafqaz sarıdan narahatdır Hadisə

ABŞ Cənubi Qafqaz sarıdan narahatdır

"Ukraynadakı böhranlı vəziyyətin Cənubi Qafqaz regionuna - Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də Moldova və digər qonşu ölkələrə təzyiqi ABŞ-ı narahat edir". Bunu ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland deyib.
Nuland xatırladıb ki, Moldova Rusiyanın iqtisadi təzyiqinin qurbanlarından biridir. O qeyd edib ki, Ukraynadakı böhran rəsmi Vaşinqtonun diqqətini nəinki Mərkəzi və Şərqi Avropaya, o cümlədən transatlantik təhlükəsizliyi probleminə - Avropaya gedən yolda azadlıq və sülhə yönəldir.