Zakir Həsənov KADEX-2014 sərgisinə dəvət olunub Hadisə

Zakir Həsənov KADEX-2014 sərgisinə dəvət olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov may ayının 22-dən 25-dək Astanada keçiriləcək KADEX-2014 hərbi texniki əmlak sərgisinə dəvət olunub.
APA-nın Qazaxıstanın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Bakıda keçirdiyi görüşdə Qazaxıstanın müdafiə naziri Serik Axmetov azərbaycanlı həmkarını KADEX sərgisinə dəvət edib.
Qazaxıstanın müdafiə naziri həmçinin Z. Həsənovu Qazaxıstana rəsmi səfərə dəvət edib və bu səfərin vaxtı tərəflər arasında razılaşdırılacaq.