14 İyun 09:55
3 605
2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.
Apasport.az xəbər verir ki, qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşır.
Oyunda hesabı 27-ci dəqiqədə Avstraliya açıb. Əks hücum zamanı Nestori İrankunda müdafiəçilərdən ustalıqla sıyrılaraq topu Uğurcan Çakırın qoruduğu qapıdan keçirib.
İlk hissədə başqa qol vurulmayıb.
İkinci hissədə Avstraliya əks hücum zamanı növbəti dəfə fərqlənib. Metklaff dəqiq zərbə ilə hesab arasındakı fərqi 2-yə çatdırıb.
Vankuverdə keçirilən görüş Bakı vaxtı ilə saat 08:00-da başlayıb.
DÇ-2026
D qrupu
14 iyun 08:00
Avstraliya - Türkiyə 2:0
Qol: İrankunda, 27, K. Metkalf, 75
Türkiyə: Uğurcan, Zeki, Merih, Abdülkerim, Ferdi, İsmail, Orkun, Hakan, Arda, Barış, Kerem
Avstraliya: Beaç, Circati, İtaliano, Bos, Souttar, Burgess, Metkalf, O'Neill, Okon-Engstler, Toure, İrankunda
18 İyul 21:15
959
18 İyul 20:17
966
18 İyul 20:16
1 029