19:58
1 106
Tramp Pakistan Baş nazirinin ABŞ-İran sazişinin imzalanma müddəti ilə bağlı paylaşımını dərc edib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində Pakistanın Baş naziri Şahbaz Şərifin Vaşinqtonla Tehran arasında sazişin rəsmiləşdirilməsinin yəqin ki, növbəti 24 saat ərzində baş tutacağı barədə mesajının ekran görüntüsünü paylaşıb.
Bundan əvvəl İran XİN rəsmi nümayəndəsi İsmail Bəqai ABŞ ilə münaqişənin nizamlanmasına dair memorandumun iyunun 14-də imzalanmayacağını bildirmiş, lakin bu hadisənin yaxın günlərdə baş tutacağını istisna etməmişdi.
Məryəm Quliyeva