Hüseyn Hüseynov: 9 ayda qeyri-neft və qaz sektoru iqtisadiyyatımızın 70 faizini təşkil edib
İtaliya bir ilə yaxındır ki, Ukraynaya hərbi yardım göndərmir
UNESCO hökumətləri qadınların qərarvermə prosesində iştirakını genişləndirməyə çağırıb
Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
13 İyun 17:55
3 388
ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu yaxın günlərdə imzalana bilər, amma bu, sabah olmayacaq.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Memorandumun dəqiq nə vaxt imzalanacağı ilə bağlı gözləməliyik. Bu, sabah baş verməyəcək, lakin yaxın günlərdə imzalanması ehtimalını da istisna etmək olmaz”, – Bəqai bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun mövqeyindəki qeyri-müəyyənlik səbəbindən proseslə bağlı açıqlamalarda ehtiyatlı olmaq lazımdır.
“Digər tərəfin tərəddüdlü davranışını nəzərə alaraq, bu proseslə bağlı istənilən şərhdə ehtiyatlı olmalıyıq”, – İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.
Bəqai ABŞ-ın regional hadisələrlə bağlı bəzi mövqelərinə də toxunaraq bildirib ki, Vaşinqtonun müəyyən məsələlərdə Tehranla razılaşmaması İran üçün problem yaratmır.
“ABŞ-ın bəzi məsələlərdə razılaşmaması bizim üçün problem yaratmır. Biz öz maraqlarımız əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət etməliyik. Harada milli maraqlarımızın tələb etdiyini görsək və addımlarımız beynəlxalq hüquqa uyğun olsa, həmin istiqamətdə fəaliyyət göstərəcəyik”, – o əlavə edib.