Siyəzəndə vəhhabilər aksiyaya cəhd ediblər Hadisə

Siyəzəndə vəhhabilər aksiyaya cəhd ediblər

Ötən gün günorta saatlarında Siyəzən rayonunda vəhhabi təriqətinə mənsub olan 40-dək şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında aksiyaya cəhd edib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, onları Siyəzən RİH-nin başçısı Arif Qasımov qəbul edib. Onlar dini icmaya imam təyin olunmasını tələb ediblər. Görüşdən sonra məsələ həllini tapıb.
Siyəzən RİH-nin başçısı Arif Qasımov deyib ki, dindarlara imamları olmadığı üçün cümə namazını evlərində qılmaları tövsiyə olunub. Bu informasiyadan onların bəzilərinin xəbərləri olmayıb: "Mən onlarla görüşdüm və məsələ öz həllini tapdı". Dindarlara bildirilib ki, gələn həftədən etibarən onlar üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin olunacaq. Bundan sonra etirazçılar ərazidən uzaqlaşıb.