Aİ-nin 21-ci sanksiyalar paketinə 90 Rusiya bankı daxil edilə bilər Gündəm

Aİ-nin 21-ci sanksiyalar paketinə 90 Rusiya bankı daxil edilə bilər

Avropa İttifaqı 21-ci sanksiyalar paketinə 215 Rusiya fiziki və 94 hüquqi şəxsinə, o cümlədən 90 banka qarşı məhdudlaşdırıcı tədbirlər daxil etmək istəyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Avropa Komissiyasının iyulun 22-də Aİ-nin 27 ölkəsinin səfirlərinin müzakirəsinə təqdim etdiyi sanksiya paketinin son redaksiyasına istinadən məlumat yayıb.

Bununla yanaşı, agentlik qeyd edir ki, məhdudiyyətlərin təsdiqlənməsi "ciddi fikir ayrılıqları" səbəbindən mürəkkəbləşib.

Avropa Komissiyası daha əvvəl 21-ci paketin təsdiqlənməsi üçün son müddətin iyulun 15-i olduğunu bildirmişdi, lakin bu məhdudlaşdırıcı tədbirlər toplusu hələ də qeyri-müəyyən vəziyyətdə qalmaqdadır.

Məryəm Quliyeva