Avropa jurnalistlərindən boykot qərarı Hadisə

Avropa jurnalistlərindən boykot qərarı

Avropa Jurnalistlər Federasiyasının (EFJ) iyun ayında Moskvada keçirməyi planlaşdırdığı media konfansı təxirə salınıb. Buna səbəb EFJ-yə ayrı-ayrı ölkələrdən üzv olan jurnalist təşkilatlarının Moskvaya gəlməkdən imtina etmələri olub. EFJ-nin Azərbaycan üzrə üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, jurnalist təşkilatlarının Moskva konfransında iştirakdan imtina etmələrinin səbəbi Rusiya ilə Ukrayna arasında yaranmış gərginliklər olub: "İyun ayının 6-da Moskvada kezirilməli olan konfrans bir il öncədən üzvlər arasında razılaşdırılaraq planlaşdırılmışdı. EFJ Avropa məkanında media azadlığının mövcud durumuna həsr etdiyi ənənəvi konfansı ayrı-ayrı ölkələrdə olmaqla hər il təşkil edir və bu konfranslara öncədən ciddi hazırlıqlar aparılır. Moskva konfransı da öncədən razılaşdırılmışdı və həm texniki, həm də nəzəri hazırlıqlar aparılımışdı. Konfransa hazırlıq proseslərinin yekunlaşdırı bir vaxtda Rusiyanın Ukraynada, xüsusən Krımda başlatdığı hadisələr tədbirə dəvət edilən təşkilatlarda ciddi əks reaksiya doğurdu. Ukrayna, Polşa və Gürcüstandan olan jurnalist təşkilatları Moskva konfransına qatılmaqdan imtina etdilər və digər təşkilatları da onlarla həmrəylik nümayiş etdirməyə çağırdılar. Onlar iddia edirdilər ki, Rusiya ilə Ukrayna və Rusiya ilə Avropa arasında siyasi gərginliyin yaşandığı bir dövrdə media azadlırı konfransının Moskvada keçirilməsi, dolayısı ilə Rusiya hakimiyyətinin təbliğatına yönəlmiş bir aksiyaya çevrilə bilər. Bu ideya əksər təşkilatlar tərəfindən dəstəkləndiyi üzün EFJ rəhbərliyi konfransın təxirə salınmasına qərar verdi".
Müşfiq Ələsgərli bildirib ki, Konfransın vaxtı dəyişdirilərək payız aylarına təyin edilib. Qərara əsasən, həmin vaxta qədər Rusiya ilə Ukrayna arasındakı münasibətlərə aydınlıq gətirilməsə, konfrans başqa bir ölkədə keçiriləcək.
Məlumat üzün bildirək ki, Avropa Jurnalistlər Federasiyası (EFJ) məxsusi olaraq Avropa məkanına daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının üzvlüyündən formalaşmış beynlxalq təşkilatdır və sıralarında 25 ölkədən təmsilçi var.

XC