“Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var” Hadisə

“Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var”

Tahir Mirkişili: "Ümumi istifadəçilərin 4 faizə qədəri saxta profildən istifadə edir"

"Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Bütün ölkələr üzrə orta hesabla ümumi istifadəçilərin 4 faizə qədəri saxta profildən istifadə edir. Yəni, ümumi olaraq bizdə 80 000-ə yaxın saxta profil istifadəçisi var". Bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib. O, qeyd edib ki, bütün dünyada artıq saxta profillərlə və saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti ilə mübarizə aparmağa başlayıblar: "Hətta bir neçə gün öncə ABŞ-da birinci xanım Mişel Obamanı təhqir etdiyinə görə şəhərin meri işdən azad olunmuş, Böyük Britaniya və Fransa kimi ölkələrdə saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti 3 ilə qədər həbs və 48 000 euro ya qədər cərimə cəzası ilə cəzalandırılır. Ancaq, cəzaların əsas məqsədi cinayətə səbəb olacaq hərəktlərdən çəkindirməkdir. Əgər kimsə saxta profil açıb, digər istifadəçilərin hüqunu pozaraq onu təhqir etmirsə və ya ona böhtan yağdırmırsa, onda bu qaydalar o istifadəçiyə şamil edilmir.
Qeyd etmək lazımdır ki, artıq sosial şəbəkə sahibi olan korporasiyalar qanunu tələb əsasında saxta profil istifadəçilərin İP ünvanlarını bölüşürlər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, istifadəçilər istənilən bir tənqidi və tərifli fikir söyləməkdə və fikirlərini azad ifadə etməkdə (təhqir və böhtan istisna olmaqla) tam sərbəstdirlər. Sosial şəbəkələrdə ünsiyyət həm bir mədəniyyət göstəricisidir".