Prezidenti Malinin yeni səfirinin etimadnaməsini qəbul edib Hadisə

Prezidenti Malinin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Tiefinq Konatenin etimadnaməsini qəbul edib.
Səfir Tiefinq Konate fəxri qarovul dəstəsinin qarşısından keçib.
Tiefinq Konate etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Mali Respublikasının prezidenti İbrahim Boubakar Keitanın yaxın zamanlarda Azərbaycana gözlənilən səfərinin önəmini qeyd edən dövlət başçısı bu səfər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacağını vurğulayıb. Prezident İlham Əliyev Tiefinq Konatenin ölkəmizdə səfir kimi fəaliyyətə başlamasının əməkdaşlığımıza dair bir sıra vacib məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib.
Mali xalqının və hökumətinin Azərbaycan xalqına salamlarını çatdıran səfir Tiefinq Konate Azərbaycan ilə Mali arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu qeyd edib, ölkəmizdəki fəaliyyəti dövründə respublikalarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycana ilk dəfə 2013-cü ildə nazir vəzifəsində olarkən səfərə gəldiyini xatırlayan Tiefinq Konate ölkəmizdə səfir təyin edilməsindən çox məmnun olduğunu deyib, ona göstərilən yüksək qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.