SEPAH: İran müdafiə üçün yeni silahlar hazırlamağa davam edir Dünya

SEPAH: İran müdafiə üçün yeni silahlar hazırlamağa davam edir

İran Silahlı Qüvvələri İran xalqını və ölkənin ərazi bütövlüyünü qorumaq üçün davamlı olaraq yeni silahların işlənilməsi ilə məşğuldur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi bəyan edib.

"Biz xalqı və ölkəni qorumaq üçün davamlı olaraq yeni silahlar hazırlayır, silahlı qüvvələrimizin döyüş hazırlığını artırırıq", - deyə o, "SEPAH-ın ABŞ xalqına müraciəti" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Məryəm Quliyeva