“Nəzarət və tələbkarlıq gücləndirilib” Hadisə

“Nəzarət və tələbkarlıq gücləndirilib”

"Vətəndaşları narahat edən məsələlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Prezidenti İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb. Şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib".
Bakı şəhər Prokurorluqdan verilən məlumata görə, bunu Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunda dünən keçirilən əməliyyat müşavirəsində deyib.
Bildirilib ki, hesabat dövründə şəhər prokurorluğu orqanlarında vətəndaşların 8066 müraciətinə baxılıb, həmin müraciətlərdən 2144-nə baxılaraq həll edilib, o cümlədən 828 müraciət təmin olunub.
Həmin dövr ərzində 3868 vətəndaş qəbul edilib, rayon prokurorları tərəfindən 1328 nəfər, Bakı şəhər prokurorluğunda 1286 nəfər, onlardan da 225-i şəhər prokuroru tərəfindən qəbul edilib.
Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, 2017-ci ilin birinci yarısında müxtəlif xətalar törətmiş 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub.
Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.