Tusk: Tarix Ukrayna və Polşanın Rusiyaya qarşı durmasına mane olmamalıdır Dünya

Tusk: Tarix Ukrayna və Polşanın Rusiyaya qarşı durmasına mane olmamalıdır

Polşanın Baş naziri Donald Tusk Ukraynanın Huta kəndindəki prezident iqamətgahında keçirilən "Karpat sammiti"nin kulislərində belə bir bəyanatla çıxış edib.

Xalqcebhesi.az -ın məlumatına görə, Polşa hökumətinin başçısı bildirib ki, həssas məsələlərə baxmayaraq, Ukrayna və Polşa yaxın dost, müttəfiq və tərəfdaş olaraq qalırlar.

"Mənim Polşanın Rusiya Federasiyasına qarşı müharibədə Ukraynanı dəstəkləməli olduğu barədə fikrimi heç nə dəyişə bilməz və biz bu dəstəyi şübhəsiz ki, davam etdirəcəyik", - deyə Tusk bəyan edib.

Ukrayna dövlət başçısı isə öz növbəsində ölkələr arasında müxtəlif siyasi baxışların ola biləcəyini və bunun normal olduğunu qeyd edib. Əsas məsələ - "yetkin tərəfdaşlar" olaraq qalmaq və birləşdirici məqamlara diqqət yetirməkdir.

"Biz dostuq, Rusiya isə düşməndir", - deyə Ukrayna Prezidenti vurğulayıb.

O, həmçinin təhlükəsizlik, energetika və infrastruktur sahələrindəki birgə layihələrin iki ölkəni daha da yaxınlaşdıra biləcəyini diqqətə çatdırıb.

Məryəm Quliyeva