İsrail ordusu Deyr-Mimas şəhərinə daxil olub Gündəm

İsrail ordusu Deyr-Mimas şəhərinə daxil olub

İsrail qoşunları cümə günü Livannın cənubundakı Deyr-Mimas şəhərini nəzarətə götürərək öz mövqelərini yaşayış məntəqəsinin kənarında yerləşən Livan hərbçilərinin düşərgəsinin yaxınlığında yerləşdiriblər.

Xalqcebhesi.az "Lebanon 24" xəbər portalına istinadən xəbər verir ki, buna cavab olaraq Livan ordusunun komandanlığı qonşu Burc əl-Mülük rayonundan Deyr-Mimasa əlavə hərbi qüvvə və texnika göndərib. Livan hərbçiləri BMT sülhməramlılarına dəstək üçün müraciət ediblər; əraziyə gələn sülhməramlılar insidenti tənzimləməyə çalışırlar.

Əvvəllər İsrail xüsusi təyinatlıları sərhədyanı Bint-Cbeyl dairəsindəki Həddat və Haris yaşayış məntəqələrinə daxil olublar. Onlar yollarda maneələr qurub və şiə "Hizbullah" təşkilatının tərəfdarlarını aşkar etmək məqsədilə bu kəndlərdə təmizləmə əməliyyatları aparırlar.

Portalın məlumatına görə, İsrail qüvvələrinin hərəkətliliyi Cənubi Livannın mərkəzi və qərb sektorlarının digər ərazilərində də müşahid olunub ki, bu da quru əməliyyatlarının gərginləşdiyini göstərir.

Məryəm Quliyeva