Pakistanda məscid yaxınlığında baş verən partlayışda 15 nəfər həlak olub Dünya

Pakistanda məscid yaxınlığında baş verən partlayışda 15 nəfər həlak olub

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində cümə namazı vaxtı məscid yaxınlığında baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.

Məlumata görə, məscid polis məntəqəsinin yaxınlığında yerləşir. Partlayış nəticəsində məscidin divarlarından biri uçub, hadisə yerində xilasedicilər işləyir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məryəm Quliyeva