XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO Mədəniyyət

XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO

Azərbaycan Milli Konservatoriyasında XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub.

APA xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazirlik əməkdaşları, türk dövlətlərindən olan musiqiçilər, mədəni-ictimai xadimlər iştirak ediblər.

Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə tədbirin əhəmiyyətindən bəhs edərək musiqi festivalının ənənə halını almasına toxunub.

Rektor festivalın ildən-ilə miqyasını genişləndirməsini mədəni uğur kimi dəyərləndirib.

Mədəniyyət naziri Adil Kərimli isə öz növbəsində festivalın strateji və mədəni tərəflərinə diqqət çəkərək bildirib ki, bu, Azərbaycan musiqisinin dərin köklərini, zənginliyini, gücünü və qüdrətini dünya miqyasında nümayiş etdirən böyük bir platformadır.

Çıxışların ardınca konsert proqramı nümayiş olunub.

XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO