Tramp İranla bağlı son qərarını verməyə hazırlaşır Dünya

Tramp İranla bağlı son qərarını verməyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni tezliklə bitirmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Afrika və ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos bəyan edib.

"Prezident hesab edir ki, müharibə tezliklə başa çatacaq və o, bunu yekunlaşdırmaq niyyətindədir. Tramp bu istiqamətdə işləyir. O, verdiyi vədləri yerinə yetirən şəxsdir", - deyə Trampın müşaviri "Euronews" telekanalına müsahibəsində bildirib.

Münaqişənin dəqiq nə vaxt bitəcəyi ilə bağlı suala cavab olaraq Bulos qeyd edib ki, "buna prezident özü qərar verəcək". Müşavirin sözlərinə görə, Amerika lideri "danışıqlara şans vermək" qərarına gəlib və bu məsələdə "son dərəcə təmkinli" davranıb.

Əvvəllər ABŞ Prezidenti "Axios" nəşrinə müsahibəsində yaxın vaxtlarda İranla bağlı mühüm qərar qəbul etmək niyyətində olduğunu - ölkəyə hərbi müdaxilə edərək onu məhv etmək istəyib-istəmədiyini müəyyənləşdirəcəyini bəyan etmişdi.

Məryəm Quliyeva