3 Noyabr 13:50
18 Sentyabr 13:09
1 974
Serbiya Prezidenti Aleksandar Vuçiç və Slovakiya Baş naziri Robert Fitso Karpat İnteqrasiya Təşəbbüsünün görüşündə iştirak etmək üçün Ukraynaya gəliblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Novosti. Live" telekanalı məlumat yayıb.
Görüşdə iştirak etmək üçün Polşanın Baş naziri Donald Tusk da Ukraynaya səfər edib. Ukrayna KİV-lərinin məlumatına görə, sammit Bukovel kurort şəhərində keçirilir. Sammit səbəbindən Radanın bu günə planlaşdırılan və hökumət saatının keçirilməli olduğu iclası təxirə salınıb, çünki Nazirlər Kabinetinin üzvləri Ukrayna nümayəndə heyətini müşayiət edirlər.
Vuçiç sonuncu dəfə Cənub-Şərqi Avropa ölkələrinin sammitində iştirak etmək üçün iyul ayında Ukraynada səfərdə olub.
Məryəm Quliyeva