“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
16:50
392
Türkiyənin "Otokar" və İtaliyanın "Leonardo" şirkətləri 120 mm-lik "HITFACT MkII" qülləsi ilə təchiz edilmiş "TULPAR" tırtıllı zirehli texnikasının inteqrasiyasını və atış sınaqlarını uğurla yekunlaşdırıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İşlər çərçivəsində mütəxəssislər platforma və qüllənin mexaniki, elektrik, elektron və proqram sistemlərini inteqrasiya ediblər. Sınaqlara müxtəlif ssenarilər üzrə statik və dinamik rejimlərdə atışlar daxil edilib. Atəşi idarəetmə, stabilləşdirmə sistemləri və topun özü bəyan edilmiş xüsusiyyətlərini təsdiqləyib.
"Leonardo"nun vitse-prezidenti Luka Peratsonun sözlərinə görə, "HITFACT MkII" yüngül və orta zirehli platformalara quraşdırıla bilən və "Vulcano 120" idarəolunan döyüş sursatlarından istifadə etmək qabiliyyətinə malik dünyada 120 mm-lik hamarlüləli topa sahib yeganə qüllədir.
Məryəm Quliyeva