Pakistanda məscid yaxınlığında baş verən partlayışda 15 nəfər həlak olub
Pakistan İrandan hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmağı xahiş edib
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
Avropa İttifaqı Əlişir Usmanovla bağlı sanksiya kompromisi axtarır
13:19
427
Aİ Şurasına sədrlik edən İrlandiya və Avropa Xarici Fəaliyyət Xidməti rusiyalı biznesmen Əlişir Usmanova qarşı sanksiyalar məsələsində kompromis tapmağa çalışırlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Usmanovun adının məhdudiyyət siyahılarında qalması şərtilə, ona tətbiq edilən qadağaların bir hissəsinin ləğvi — o cümlədən aktivlərinin dondurulmasının açılması və Avropaya səfərlər etməsinə icazə verilməsi imkanları nəzərdən keçirilir.
Əvvəllər "Politico" nəşri diplomatlara istinadən xəbər vermişdi ki, Slovakiya Mixail Fridman və Əlişir Usmanovun sanksiya siyahısından çıxarılmasını tələb edib, Fransa isə yalnız Usmanovun siyahıdan çıxarılmasını təklif edib.
Qeyd edək ki, "Forbes" jurnalının 2026-cı ilin mart ayı üçün olan reytinq göstəricilərinə əsasən, Əlişir Usmanovun sərvəti 14,5 milyard dollar dəyərində qiymətləndirilir.
Məryəm Quliyeva