Yevlaxda dəhşətli qəza Hadisə

Yevlaxda dəhşətli qəza

Sərnişin mikroavtobusu yük maşınına çırpılıb, 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda 3 nəfərin ölümü, 8 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə yolun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb.
Bakıdan Qazax rayonuna gedən 10 UB 126 dövlət nömrə nişanlı "Ford" markalı sərnişin mikroavtobusu yolun eyni hərəkət zolağında qarşı tərəfdə hərəkətdə olan Türkiyənin "Bayburt" yol-tikinti şirkətinə məxsus H 023 455 nömrə nişanlı "SHACHMAN" markalı yük maşınına arxa tərəfdən çırpılıb.
Zərbənin təsirindən "Ford" markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.