Səhiyyə Nazirliyi əhaliyə müraciət edib Hadisə

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Vətəndaşlar yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət etməli və profilaktik tibbi müayinədən keçməlidirlər".
Bu barədə "Xalq Cəbhəsi" qəzetinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, artıq Azərbaycanda əhalinin tibbi müayinəsinə start verilib: "Azərbaycan prezidentinin tapşırığı ilə 12 fevral – 12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçirilir. Artıq 4-cü ildir ki, Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinəsi aparılır. Əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır. Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəliklər aşkar olunduğu halda pasientlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar".
Məlumatda o da qeyd olunub ki, 2017-ci ilin göstəricilərinə görə respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfəri əlavə müayinələrə cəlb edilib, 68427 nəfəri dispanser nəzarətinə alınıb, 27059 nəfəri hospitalizasiya olunub.