İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Polis İdarələrində monitorinq aparıb Hadisə

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Polis İdarələrində monitorinq aparıb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Nərimanov və Xətai rayon Polis İdarələrində monitorinq keçirib.
Komitədən verilən məlumata görə, monitorinqdə ictimai komitənin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və ekspert Qartal Hüseynov iştirak edib. Komitə nümayəndələri adıçəkilən polis idarələrinin müvəqqəti saxlanma yerlərinə baxış keçirib, orada saxlanılan şəxslər üçün yaradılmış şəraitlə tanış olublar. Hər iki polis idarəsində ümumilikdə 36 nəfər saxlanılan olub, onlardan 16-sı inzibati qaydada tutulub.
Monitorinq zamanı saxlanılan şəxslər onlara qarşı rəftardan və işgəncədən şikayət etməyiblər.
Komitədən həmçinin bildirilib ki, Xətai rayon Polis İdarəsində saxlanılan şəxslər üçün dünya standartlarına uyğun şərait yaradılıb. Həmçinin həmin idarədə yetkinlik yaşına çatmayan şəxslər üçün xüsusi yer ayrılıb.