Antalyada Azərbaycan şəhidləri abidəsi açılıb Hadisə

Antalyada Azərbaycan şəhidləri abidəsi açılıb

Millət vəkili Qənirə Paşayevanın təklifi əsasında Antalyada Kəpəz bələdiyyəsində Azərbaycan şəhidləri abidəsinin açılışı olub.
Açılış mərasimində iştirak edən Kəpəz bələdiyyə başqanı Hakan Tütünçü, millət vəkili Qənirə Paşayeva, Antalya Qəzetçilər Cəmiyyəti başqanı Mövlud Yeni və Antalya Türk Ocaqları başqanı Abdullah Uysal abidənin gələcək nəsillər üçün önəmindən danışıblar.
Millət vəkili çıxışında Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaşlaşması məsələsini də gündəmə gətirib.
O, Kəpəzi də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib.
Kəpəz bələdiyyə başqanı isə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.