ADU-da Hüseyn Cavidin əsərlərinin özbəkcə nəşrinin təqdimatı olub Hadisə

ADU-da Hüseyn Cavidin əsərlərinin özbəkcə nəşrinin təqdimatı olub

Dekabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin özbəkcə nəşrinin təqdimatı olub.
Tədbirdə ADU-nun rektoru, professor Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirilib. Ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvanda torpağa tapşırılıb. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikilib, Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.
Cavidin bütün türk dünyasının şairi olduğunu deyən rektor onun əsərlərinin özbək oxucuları tərəfindən maraqla qarşılanacağını bildirib. Sonra AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev, Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Babaxan Şərifov və digər çıxış edənlər Hüseyn Cavidin həyat və yaradıcılığından danışıblar.