Fondun Müşahidə Şurasının iclası keçirilib Hadisə

Fondun Müşahidə Şurasının iclası keçirilib

32 qəzetə 2019-cu ilin birinci rübü üzrə maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov iclası açıq elan edərək gündəlikdəki Fondun 2019-cu ilin I rübündə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqi və cari məsələlər barədə məlumat verib.
Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 32 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin II yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. İcraçı direktor qeyd edib ki, müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 32 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədr müavini İlqar Hüseynov, üzvlərdən Ramiz Əskər, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 32 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2019-cu ilin birinci rübü üzrə maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Qərara əsasən aşağıda adları qeyd olunan qəzetlərin layihələrinə maliyyə vəsaiti ayrılıb:

1."Kaspi" qəzeti - 30 000
2."Yeni Azərbaycan" qəzeti - 30 000
3."Səs" qəzeti - 30 000
4."Mövqe" qəzeti - 30 000
5."Ədalət" qəzeti - 30 000
6."525-ci qəzet" - 30 000
7."Bakı-Xəbər" qəzeti - 30 000
8."Yeni Müsavat" qəzeti - 30 000
9."Kaspiy" qəzeti - 30 000
10."Ekspress" qəzeti - 30 000
11."Palitra" qəzeti - 30 000
12."Paralel" qəzeti - 20 000
13."Həftə içi" qəzeti - 20 000
14."Azad Azərbaycan" qəzeti - 20 000
15."Şərq" qəzeti - 20 000
16."Xalq Cəbhəsi" qəzeti - 20 000
17."Futbol+Qol" qəzeti - 20 000
18."Bizim Yol" qəzeti - 20 000
19."Olaylar" qəzeti - 20 000
20."Novoye Vremya" qəzeti - 15 000
21."Futbol+" qəzeti - 15 000
22."Üç Nöqtə" qəzeti - 15 000
23."Azernews" qəzeti - 15 000
24."Unikal" qəzeti - 10 000
25."Olimpiya Dünyası"qəzeti - 10 000
26."Oxu məni" qəzeti - 10 000
27."Hürriyyət" qəzeti - 10 000
28."Reytinq" qəzeti - 4500
29."The Business Times" qəzeti - 4500
30."Hərbi And" qəzeti - 4500
31."Türküstan" qəzeti - 4500
32."İqtisadiyyat" qəzeti - 4500