Hərbçilərimiz Qarsa yola düşüb Hadisə

Hərbçilərimiz Qarsa yola düşüb

Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyənin Qars şəhərinə yola salınıb.
Yolasalma mərasimində Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov çıxış edərək, fevralın 23-dək Qars şəhərində keçiriləcək çoxmillətli beynəlxalq səviyyəli qış təlimində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etməsinin hər birimizi daha da qürurlandırdığını deyib. Bildirilib ki, Qars təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqları yerinə yetiriləcək. İnanırıq ki, ümumilikdə, 28 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi bu təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi, bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirəcəklər.
Sonda təlimə cəlb edilmiş bölmələr Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.