“Neçə illər idi ki, bu körpünün arzusunda idik” Hadisə

“Neçə illər idi ki, bu körpünün arzusunda idik”

"Neçə illər idi ki bu körpünün tikilməsinim arzusunda idik". Modern.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Samur çayı üzərində tikilməkdə olan körpüyə baxış zamanı bildirib. Səfir qeyd edib ki, bura illərdir problemli ərazi idi:
"Bilirsiniz ki, burada həmişə böyük tıxaclar olurdu. Avtobuslar, avtomobillər saatlarla gözləyirdi, vətəndaşlar əziyyət çəkirdi. Şükürlər olsun ki, işlər başlayıb və yüksək səviyyədə davam etdirilir. Neçə illər idi ki, biz bu məsələni qaldırırdıq. Məsələ prezidentlər səviyyəsində daha sonra nazirlər səviyyəsində öz həllini tapdı".
Polad Bülbüloğlu problemin həll olunması səbəbindən sevincli olduğunu vurğulayıb: "Sevindirici haldır ki, problem həll olundu. Gürdüyünüz kimi, qızğın iş gedir. Mən də azərbaycanlı səfir olaraq buna çox sevinirəm. Sevinirəm ki, ölkələr arasında əlaqələr daha da genişlənib".
Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev isə yeni tikilən körpünün yüklərin daşınması üçün daha əlverişli şərait yaradacağını deyib. Nazirin sözlərinə görə, yeni tikilən körpü yüklərin daşınması üçün daha əlverişli şərait yaradacaq və sərhəddən keçidi tezləşdirəcək:
"Körpü istifadəyə verildikdən sonra yük avtomobillərinin keçid müddəti azalacaq və bununla da ölkələr arasında ticarət dövriyyəsi daha da artacaq. Körpü tikintisinə lazım olan maliyyə vəsaiti Azərbaycan və Rusiya arasında bərabər hissələrlə ödəniləcək. Artıq 50 faiz Azərbaycan, 50 faiz isə Rusiya höküməti tərəfindən ödənilib. Tikintinin bu il noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulub. Beləliklə yüklərin daşınması üçün daha rahat şərait yaranacaq".
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib ki, Azərbaycan və Rusiya sərhəddə sıxlığın azaldırıması üçün çalışır. Bunun üçün digər sərhəd-keçid məntəqələrindən istifadə olunması məsələsinə baxılır: "Aydın görünür ki, sərhəddə yaranan növbələr Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini sürətlə artırmasına lazım olan infrastrukturun çalışmazlığını göstərir".
Oreşkin Avrasiya İttifaqı ilə azad ticarət zonası haqqında saziş imzalayan İrandan Azərbaycandan keçməklə Rusiyaya tranzit məhsullarının sayının da artmasını nəzərə almaq olduğunu deyib.
"Bütün bunlar infrastruktura ciddi yüklənmə yaradır və söhbət təkcə sərhədi keçməkdən getmir. Bu həm Azərbaycan, həm də Rusiya tərəfdən regionda infrastrukturu inkişaf etdirməklə bağlı çoxşaxəli bir məsələdir. Həmkarlarımla bu sərhəd məntəqəsində işlərin yeklunlaşması, digər sərhəd-keçid məntəqələrindən istifadə və insan axını yönləndirməklə sərhəddən keçənlərin sayının artması barədə razılaşmışıq".
Oreşkin əsas məsələnin daşınma ilə məşğul olan insanlar üçün sərhədi keçmə maneələrinin aradan qaldırılması olduğunu vurğulayıb.
"Əsas məsələ, daşınma ilə məşğul olanlar, sərhədin hər iki tərəfindən yaşayan insanlar üçün bu sərhədi keçmək probleminin arxada qalması, növbənin azalması və iki ölkə arasında hərəkətin mümkün qədər sərbəst olmasıdır".