Paytaxtın mərkəzində adam güllələdilər Hadisə

Paytaxtın mərkəzində adam güllələdilər

AHİK: "Güllələnən şəxsin Səttar Mehbalıyevlə heç bir qohumluq əlaqəsi yoxdur"

Bakının mərkəzində güllələnmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.
KTM-dən faktı təsdiqləyiblər. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib. Səbail Rayon Polis İdarəsindən isə baş vermiş hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər.
Azərbaycan Həmkarlar İttifaqları isə Konfederasiyası (AHİK) güllələnən şəxsin qurumun sədri Səttar Mehbalıyevin qohumu olması barədə mətbuatda yayılan informasiyalara aydınlıq gətirib. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov APA-ya bildirib ki, həmin şəxsin AHİK sədri, millət vəkili Səttar Mehbalıyevlə heç bir qohumluq əlaqəsi yoxdur və bu barədə yayılan informasiyalar yanlışdır: "Sadəcə olaraq soyad eynidir".