16:17
413
Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa müraciət edərək, qışa qədər Ukraynaya "Patriot" kompleksləri üçün 300 ədəd tutucu raketin təmin edilməsini xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "Axios" portalına müsahibəsində bildirib.
Portalın qeyd etdiyinə görə, bu xahiş Ukraynanın qışda üzləşə biləcəyi energetika kollapsı ilə bağlı narahatlıqlardan irəli gəlir. Bununla belə, Zelenski iddia edir ki, Tramp "kömək etməyə çalışacağına söz verib", lakin ABŞ Prezidenti İranla münaqişə zamanı bu raketlərdən istifadə zərurəti yarandığı üçün bunun çətin olduğunu vurğulayıb.
Zelenski həmçinin təsdiqləyib ki, ikitərəfli görüş zamanı Trampla prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin iki həftə ərzində Ukraynaya reallaşa biləcək ehtimal olunan səfərini müzakirə edib.
Məryəm Quliyeva