16:15
455
İran ABŞ və Səudiyyə Ərəbistanının İraq ərazisinə endirdiyi və Yaxın Şərqdə müharibənin miqyasının genişlənməsinə xidmət edən zərbələri pisləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyan edib.
"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ və Səudiyyə Ərəbistanının İraqın bir sıra bölgələrinə etdiyi təcavüzkar hücumları ən kəskin şəkildə pisləyir. Bu hücumlar İraqın milli suverenliyinə və ərazi bütövlüyünə açıq-aşkar qəsd, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasıdır. Həmçinin bu addımlar ABŞ və sionist rejiminin (İsrail nəzərdə tutulur) Qərbi Asiya regionunda müharibə və münaqişənin miqyasını genişləndirməyə yönəlmiş maraqlarına xidmət edir", — deyə İran diplomatik idarəsinin bəyanatında göstərilir.
İran XİN zərbələr nəticəsində iraqlıların həlak olması ilə bağlı başsağlığı verib və "bu cinayətkar, qeyri-insani və təhrikçi hərəkətlərin təhlükəli nəticələrinə görə" Vaşinqton və ər-Riyadın məsuliyyət daşıdığını vurğulayıb.
Məryəm Quliyeva