07:38
371
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə İranla sazişin bağlanması imkanına dair şübhələrini ifadə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə iyulun 29-da mənbələrə istinadən "Axios" portalı məlumat verib.
Xəbərdə qeyd olunur ki, Netanyahu və Tramp iyulun 28-də İranla sazişin bağlanması perspektivlərini, Amerikanın dəniz blokadasının davam etdirilməsi imkanını, eləcə də İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara keçid məsələsini müzakirə ediblər. "Axios"un məlumatına görə, İsrail hökumətinin başçısı "İranla sazişin bağlanması şanslarına skeptik yanaşdığını bildirib".
Bundan əlavə, portalın mənbələrinin verdiyi məlumata görə, Netanyahu İsrail qoşunlarının Suriyanın cənubundakı bufer zonadan çıxarılması imkanını rədd edib. O, həmçinin 10 il ərzində yəhudi dövlətinə göstərilən Amerika yardımının həcmini sıfıra endirməyi planlaşdırdığını bəyan edib.
Məryəm Quliyeva