“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
Tramp Qrenlandiyaya görə Danimarka Baş nazirini 45 dəqiqə danlayıb
Peskov: Rusiya Trampın problemləri zorla həll etmə yanaşmasını qəbul etmir
Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Rumıniyada Azərbaycanın memarlığına və Qarabağdakı quruculuğa həsr olunmuş sərgi keçirildi
25 Dekabr 2019 15:21
1 575
Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətləri və tənqidi görüşləri” adlı seminar keçirilib.
Kafedranın professoru Akif Hüseynli seminarın Azərbaycan Respublikası Prezidentinin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamından irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər planına əsasən təşkil olunduğunu bildirib. O, eyni zamanda, Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, elmi baxışlarından, siyasi görüşlərindən bəhs edib.
175 nömrəli tam orta məktəbin direktoru, fil.ü.f.d. Tural Mirzəliyev XX əsr Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış yazıçı, publisist, tənqidçi Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, yazıçının publisistikasının əsas mövzularını islama, türklüyə, tarixə münasibət, əlifba və dil problemi, qadın hüquqları, yaranmış və yaranmaqda olan ədəbiyyata və mədəniyyətin digər sahələrinə münasibət təşkil edir. Əhməd bəy Ağaoğlunun daim milli mübarizə hərəkatının önündə olduğu, onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məhfumlarının xüsusi yer tutduğu qeyd edilib.
Tədbirdə, həmçinin T.Mirzəliyevin “Əhməd bəy Ağaoğlu. Azərbaycan ədəbi-ictimai fikri Avropaya doğru” adlı kitabının təqdimatı da baş tutub.