Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
26 Dekabr 2019 12:12
1 904
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) birinci kurs tələbələri paytaxtdakı dağ yəhudiləri sinaqoqunu ziyarət edib.
İnstitutdan verilən məlumata görə, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev tələbələrə Azərbaycanda yaşayan yəhudilər haqqında məlumat verib. O, yəhudilərin ölkəmizdə uzun əsrlər boyu digər xalqların nümayəndələri ilə çiyin-çiyinə yaşadıqlarını, onların Azərbaycanda məskunlaşmasının 2000 ildən artıq tarixi olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.
M.Yevdayev Azərbaycanın tolerantlıq rəmzi olduğunu və burada bütün dinlərin nümayəndələrinə eyni münasibətin və qayğının göstərildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Digər konfessiyaların nümayəndələri kimi, yəhudi icmasının üzvləri də dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.
Daha sonra Aİİ tələbələrinin yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında sualları cavablandırılıb.
Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir. İnstitut tələbələrin Azərbaycanda mövcud müxtəlif dini ibadət ocaqlarını ziyarət etməsi, burada mövcud şərait, müxtəlif xalqların inanc və ibadət sistemi ilə əyani tanışlığı məqsədilə səfərlər təşkil edir.









