Generallar “Şıxlı” məntəqəsində Hadisə

Generallar “Şıxlı” məntəqəsində

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyətini yoxlayıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıq¬ların icra vəziyyəti və bu istiqamətdə gö¬rülmüş tədbirlərin effektivliyinin dəyər¬ləndirilməsi məqsədilə dövlət sərhədin¬dən keçən şəxslərlə söhbətlər edilib, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliy¬yətində nəzərə çarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrə¬nilib, təklif və müraciətləri dinlənilib.
Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin rəh¬bərləri şəxslərin və nəqliyyat vasitələrinin sərhəd və gömrük rəsmiləşdirilməsində şəxsən iştirak edərək bu prosedurların vaxtının maksimal dərəcədə azaldılması və dövlət sərhədinin daha rahat keçilməsi üzrə mümkün tədbirlər barədə fikir mübadiləsi aparıb, vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar veriblər.
Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib, Azər¬baycan Prezidenti İlham Əliyevin dövlət sər¬hədindən keçən şəxslərin hüquqlarının mak¬simal qorunması ilə bağlı verdiyi tapşırıq və göstə¬rişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sər¬həd və gömrük təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edilməsinin üsul və metodları haqqında geniş fikir mübadiləsi apa¬rılıb.
“Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud və¬ziy¬¬yət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qar¬şılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxs¬lə¬rin məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxs¬lər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər nəzərdən keçirilib.
Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastruk¬turun yaxşılaş¬dı¬rıl¬ması məqsədilə “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı¬sın¬dakı ərazinin abadlaşdırılması və səliqəyə sa¬lınması məsələləri Qazax Rayo¬n İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilə müzakirə olunub.