“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
14 Fevral 2020 15:01
1 883
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Sevinc Şener Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRİ) Belçikanın paytaxtı Brüssel şəhərində "Avropa Şurasının Müstəqil Milli İnsan Hüquqları İnstitutlarının Yaradılmasına dair Tövsiyəsi və bu qurumların Avropa İttifaqının Qanununun Aliliyi Mexanizmindəki Rolu" mövzusunda keçirilmiş yüksək səviyyəli məşvərət toplantısında iştirak edib. Bu barədə “Xalq Cəbhəsi”nə Ombudsman Aparatından məlumat verilib. Tədbirdə Avropa Şurasının Nazirlər Kabinetinin "Müstəqil Milli İnsan Hüquqları Təsisatlarının Yaradılmasına dair R (97)14 saylı Tövsiyəsi" nin yenilənməsi məsələsi müzakirə olunub.
Ombudsman Aparatının əməkdaşı 20-dən çox ölkənin Milli İnsan Hüquqları İnstitutlarının rəhbər və nümayəndələri ilə yanaşı, Avropa Şurası, Avropa İttifaqı, BMT və s. dövlətlərarası, regional və beynəlxalq qeyri-hökumət təşkilatların nümayəndələrinin təmsil olunduğu tədbirdə çıxış edib. S. Şener tədbir zamanı milli və regional səviyyədə milli insan hüquqları təsisatlarının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq təkliflər irəli sürüb. S. Şener Azərbaycan Ombudsmanının müvafiq Konstitusiya Qanununa görə geniş mandata sahib olduğunu, həmin mandat çərçivəsində həm milli insan hüquqları təsisatı, həm ombudsman institutu, həm də milli preventiv mexanizm kimi müəyyən edildiyini qeyd edib. Aparatın əməkdaşı Müvəkkilin daim vətəndaş cəmiyyətinin üzvləri ilə sıx işlədiyini, ölkəmizdə artıq bu cür milli səviyyədə insan hüquqlarının müdafiəsi və təmininə dair 2011-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasına nəzarətin məhz Ombudsmana həvalə edildiyini, müxtəlif regionlarda dövlət orqanları, yerli özünüidarə qurumları və vətəndaş cəmiyyəti institutlarının da iştirakı ilə ictimai dinləmələr həyata keçirdiyini, həmin dinləmələr zamanı qəbul edilmiş təkliflərin müvafiq qurumlara təqdim edildiyini və ayrıca kitab şəklində çap olunduğunu, sənədin icrasına nəzarət üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.
1 Noyabr 17:46
1 617
1 Noyabr 14:21
1 617
31 Oktyabr 20:55
2 044