24 Fevral 2020 16:51
2 688
Prezident İlham Əliyev Artur Rasi-zadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.