18:00
385
Sonsuz miqrasiya axınları Kanadanı məhv edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Kanada ölkəyə demək olar ki, heç bir nəzarət və yoxlama aparmadan milyonlarla insanı buraxaraq özünü məhv edir. Onlar tezliklə öhdəsindən gəlinməsi çox çətin olacaq problemlər yaradırlar. Bu, liberalların hakimiyyəti ələ keçirməsidir və çox pis başa çatacaq. Bu, artıq onların sayında da özünü göstərir. İşsizlik səviyyəsi yüksəkdir", - deyə dövlət başçısı "Truth Social" şəbəkəsində yazib.
1 iyul tarixinə olan məlumata görə, Kanadada 2,78 milyon miqrant yaşayırdı (əhalinin təxminən 6,7%-i). 2026-cı ilin ikinci rübündə Kanadaya təxminən 99 min daimi miqrant gəlib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 4,2% azdır. Avqust ayında ölkədə işsizlik səviyyəsi 6,4% və ya 1,5 milyon nəfər təşkil edib.
Məryəm Quliyeva