Suriya şimalında minanın partlaması nəticəsində üç hərbçi yaralanıb Dünya

Suriya şimalında minanın partlaması nəticəsində üç hərbçi yaralanıb

Çərşənbə günü üç suriyalı əsgər zərərsizləşdirməyə çalışdıqları minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xalqcebhesi.az xəbər verir ki, Suriya şimal-şərqindəki Rəqqə əyalətində baş verən insident haqqında müdafiə nazirliyinin Media və Kommunikasiya İdarəsinə istinadən ölkənin rəsmi SANA informasiya agentliyi məlumat yayıb.

İdarənin məlumatına görə, Hərbi Mühəndislik İdarəsinin üç hərbçisi minaəmizləmə fəaliyyəti zamanı baş verən partlayış nəticəsində "müxtəlif dərəcəli" xəsarətlər alıb.

İdarədən əlavə edilib ki, hadisə Rəqqə əyalətinin şimalındakı Təl-Abyad rayonunun Əl-Hurriyə kəndində qeydə alınıb.

Nazirlik əsgərlərin xəsarətlərinin xarakteri və ya minanın mənşəyi barədə ətraflı təfərrüat açıqlamayıb.

Məryəm Quliyeva